Mən fəxr edirəmki, mən AZƏRBAYCANLIYAM

Əvvəlki mövzu Sonrakı mövzu Aaa gitmek

Mən fəxr edirəmki, mən AZƏRBAYCANLIYAM

Yeni mövzu  Admin Bir Ş. İyul 19, 2008 3:18 pm

Bəşər binə tutandan yoldadı insan. Yolu əl ağacı, sözü silahı bilib belinə qurşayıb ali varlıq. Sən demə, <>. Bu yerdə xırdaca bir çiçək soruşur:- Mən səni necə tərənnüm və sənə necə xidmət etdim, ey Günəş, Günəş cavab verir:- Saflığın sadə sükutu ilə!
Saflığın sadə sükutu ilə bir körpə doğuldu. Milyonlara qatıldı. O uşağın dünyaya gəlişi ilə bir ailənin üzərinə gün doğdusa , sonralar bu işığın ziyasından hamımız bəhrələndik. Səksən ildən bir az artıq ömür yaşadı. Etdikləri- zəhməti, əməyi, arzuları, sonsuz istəkləri 80 ilə sığmadı. Aşdı-daşdı gördüyü işlər . Dəryaya, ümmana döndü. Bu ümmandan damla alanların sayı, qədəri bilinmədi. Adilərdən seçildi. Boyu, buxunu, işıqlı gözləri, gülümsər parlaq siması ilə. Ilk andaca məftun etdi görənləri.

... Təbiətin Dürr parçası olduğunu dönə- dönə təsdiqlədi və qızıl hərflərlə yazdı böyük kəlməni HEYDƏR! Adı həm də dürr mənasını verirmiş dünyanın dilində...
... Dürr kimi doğuldu, gül kimi güllər dənizində tərk etdi bizləri ???��??? sevdiklərini.
Xalqın təsəllisi bəlkə də onun son kəlmələri, ürək döyüntüsünün yazdıqlarıdır. Turan ellərinə ismarladığı müqəddəs kəlamlardır. << Ey Dünya , mən öləndə , öz sükutun içərisində mənim üçün bircə xatirə saxla: Sevirdim>>.
O , doğma Azərbaycanını sevirdi, xalqını sevirdi. Vətəninin hər dağını- daşını, gülünü-çiçəyini, ab-havasını, çeşməsini sevirdi. Artıq ulu öndərimiz Heydər Əlirza oğlu Əliyev öz sevgisinə qovuşub. Həm də biryolluq...

2003-cü il 12 dekabr... Soyuq bir payız günündə onu doğma torpağa əmanət verdik. Uzun illərin həsrəti ilə sevimli Zərifəsinə qovuşdu. Bu ölümlə barışmasaq da, qeyri-ixtiyari bu ölüm qarşısında müntəzir idik. Və olduq da...
Heydər Əliyevin bu əsrin və etmiş yüzilliyin içərisinə sığan əlli ildən artıq fədakar fəaliyyətlərini indinin hündürlüyündən seyr edəndə , görünən ən böyük həqiqət odur ki, o, ömrü boyu bir ƏSƏR yaratmaq üçün çalışıb ???��??? güclü, böyük, müstəqil, azad, firavan, dünya dövlətləri içərisində sayılan AZƏRBAYCAN!!!

Admin
Admin

İsmarıc sayı : 17
Kayt tarihi : 18/07/08
Ya : 23

İstifadəçi mə`lumatlarına bax http://canimbakim.forum2x2.ru

Əvvələ qayıt Aaa gitmek

Əvvəlki mövzu Sonrakı mövzu Əvvələ qayıt


 
Bu forumun msaadesi var:
Bu forumdakı ismarıclara cavab verə bilməzsiniz.